Bundesliqanın lideri “Qarabağ”ın əlindən güclə qurtuldu

Bu gün Avropa liqasında əsas mərhələyə start verilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizin avrokubokda yeganə təmsilçisi “Qarabağ” ilk matçına çıxıb. Qurban Qurbanovun komandası “G” qrupunda Almaniyanın “Frayburq” klubunun qonağı olub.

“Köhlən atlar” Bundesliqanın liderinə qarşı istədiyi kimi başlamayıb və ilk dəqiqələrdə qapısında 2 qol görüb. Tədricən toparlanan “Qarabağ” ilk yarının 39-cu dəqiqəsində Marko Veşoviç ilə hesab arasında fərqi azaldıb.

2-ci hissə büsbütün “Bir Azərbaycanlılar”ın üstünlüyü ilə keçib. Təəssüf ki, ələ düşən fürsətlərdən yararlana bilməyən Ağdam klubu ilk görüşdə yenilib.

Həmin kateqoriyadan