- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Niderland millisi Avro-2024-ün seçmə turnirində Cəbəlütariqi 3:0 hesabı ilə məğlub edərək, qrupda ilk qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi Natan Ake dubla, Memfis Depay isə daha 1 qola imza atıb.
Təbii ki, Avropanın ən zəif komandalarından biri üzərində qələbə heç kimi təəccübləndirməyəcək, amma matçın statistikası bunu edə bilər.
Oyunda 50 cavabsız zərbə! Heç belə bir şey görüb-görmədiyinizə əmin deyiləm. Belə çıxır ki, Niderland futbolçuları orta hesabla hər 2 dəqiqədən bir qapıya zərbələr endirirlər.
Cəbəlütariq qələbəsi ilə ilk turda Fransaya 0:4 hesabı ilə məğlub olan komanda turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb.