“Bütün hallarda diqqətli olmalıyıq”

Sabah “Qarabağ” konfrans liqasının 3-cü ələməsində evdə Kiprin AEL klubu ilə cavab görüşünə çıxacaq. Allsport.az saytı xəbər verir ki, bu gün matçla bağlı mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söyləyib:

“Çox vacib oyun olacaq. Rəqibin gücünü səfərdə gördük. Həqiqətən topla oynamağı çox sevirlər, hücumlara sürətli çıxırlar. Biz doğma meydanımızda oynayacağıq. Bu da bizim üçün üstünlükdür, amma rəqibə çox ciddi yanaşmalıyıq.

Çünki rəqib istədiyi an boşluq görəndə, istənilən komandanı cəzalandıra bilər. Bütün hallarda diqqətli olmalıyıq. İnanıram ki, futboçular sabah meydanda əsl döyüşçü və peşəkar kimi mübarizə aparacaqlar”.

Həmin kateqoriyadan