“Çətin heç-heçə oldu”

“Real”ın baş məşqçisi Karlo Ançelotti çempionlar liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti” ilə heç-heçədən (3:3) sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, mütəxəssis oyunun bərabər keçdiyini bildirib:

“Bu, yaxşı balanslaşdırılmış oyun idi, hər iki komanda həqiqətən də son nöqtəyə qədər mübarizə apardı və nəticədə çətin heç-heçə oldu. Onlara təzyiq edəndə, çox yaxşı formada idik. Sürətli keçid futbolu oynamaq bacarığımızdan istifadə etmək üçün çox çalışdıq.

Erkən qol vurdular və düzünü desəm, heç kim onlardan qol gözləmirdi. Amma biz çox yaxşı cavab verdik və 60 dəqiqə mükəmməl oynadıq”.

Həmin kateqoriyadan