“Çətin və stresli oyun oldu”

“Turan Tovuz” premyer liqanın 22-ci turunda evdə “Kəpəz”ə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra meydan sahiblərinin baş məşqçi Ayxan Abbasov bunu deyib:

“Önəmli oyun oldu. Çempionatı maraqlı edən məqamlardan biri məhz Qərb derbisidi. Klubumuz bu gün zəlzələdən əziyət çəkən qardaş Türkiyəyə dəstək aksiyası təşkil etmişdi. Sağ olsunlar azarkeşlərimiz bu aksiyada fəal iştirak etdilər. Tribunada yaratdıqları atmosferə görə də onlara təşəkkürümü bildirirəm. Çətin və stresli oyun oldu. Səbrli olmalıydıq. Futbolçularıma təşəkkür edirəm

Həmin kateqoriyadan