“Camışlar” “köhlən atlar”ı konfrans liqasından qovdu

“Qarabağ” konfrans liqasının 1/16 finalının cavab oyununda Belçikada “Gent” klubu ilə qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, ilk hissə nisbi üstünlüyümüz ilə keçsə də, 2-ci yarıda meydan sahibləri daha fəal və təhlühəli olublar. Bunun nəticəsi olaraq, meydan sahibləri 75-ci dəqiqədə fərqləniblər və ümumi hesabda tarazlıq yaradıblar.

İlk görüşdə “köhlən atlar” 1 qol vurmuş və 1 penalti qaçırmışdı. Oyunun əsas və əlavə vaxtı bu nəticə ilə bitib. 11-metrlik cərimə zərbəsi sıralamasında “camışlar” dəqiq olublar – 5:3. Bizdən yeni legionçu Yassin Benzia topu çərçivəyə göndərə biməyib.

Bununla da, Ağdam klubu bu mövsüm avrokubokla birdəfəlik vidalaşıb.

Həmin kateqoriyadan