Cavab oyununa hazırlığı bir məşqlə davam edir

Avropa liqasının 1-ci təsnifatının ilk oyununda Macarıstanın “Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn “Neftçi” səfər hazırlığını gündə bir məşqlə davam etdirir.

Allsport.az saytı xəbər verir ki, paytaxt klubu bazasında axşam məşqinə çıxıb. Zədəli Namiq Ələsgərovdan başqa, bütün futbolçular çalışmada iştirak ediblər. Hazırlıq bü gün də bir məşqlə davam edəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 19-da Budapeştin “Ferens Susa” stadionunda saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan