Vaqif Cavadov: “Türkiyə klubundan ayrılmağımız rəsmi deyil”

“Qaziantep Böyükşəhər Bələdiyyəspor” klubunun şərəfini qoruyan Vaqif Cavadovun 2015-ci ildə hansı klubun şərəfini qoruyacağı məlum deyil. Allsport.az xəbər verir ki, futbolçunun atası Füzuli Cavadov azərisport.az saytına verdiyi məlumatda hazırda futbolçunun agenti klub rəsmiləriylə görüşməyə çalışdığını bildirib.

Bundan sonra Cavadovun komandada qalıb-qalmayacağı məlum olacaq. Türkiyə klubu Vaqifdən imtina etməsiylə bağlı ona heç bir söz deməyib. Ona görə də Cavadovlar ailəsi müəmma içindədir.

Vaqif Cavadovun atası həm də onu bildirdi ki, hazırda oğluyla heç bir Azərbaycan klubu maraqlanmayıb: “Düzünü deyim ki, hazırda Vaqifə heç bir yerli klublardan təklif yoxdur. Çünki, bizim Türkiyə klubundan ayrılmağımız rəsmi deyil”.

Həmin kateqoriyadan