- Baxış sayı: 26
- 05 May 2024 00:35
- Baxış sayı: 82
- May 03, 2024
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda digər futbolçumuz Ayaz Mehdiyevin komandası “Girəsunspor”la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. İmamverdiyev start heyətdə meydana çıxsa da, 66-cı dəqiqədə əvəzlənib. Mehdiyevin adı isə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, İmamverdiyevin komandası hazırda 16 xalla 10-cu, Mehdiyevin klubu isə 13 xalla 11-ci yerdə qərarlaşıb.