- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 116
- Sentyabr 23, 2026
- 0

Türkiyəli FİFA referisi Cüneyt Çaxır UEFA-dan növbəti dəfə təyinat alıb.
Allsport.az xəbər verir ki, o, Avropa liqasının qrup mərhələsinin 4-cü turunda “Monako” – PSV matçını idarə edəcək. Çaxıra yan xətt hakimləri qismində Bahəddin Duran və Tarıq Ongün kömək edəcəklər. 4-cü hakim funksiyasını Alpər Ulusoy yerinə yetirəcək.
Çaxır “Monako” – PSV görüşü ilə karyerasındakı 200-cü beynəlxalq oyunu idarə edəcək.