Çempionlar liqasına görə komandadan getdi

Rayan Şerki “Lion”dan ayrılıb.

Allsport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi liqa 1-in sonuncu turunda “Anje” ilə görüşdən sonra qərarını mətbuata açıqlayıb.

Bu, Fransa təmsilçisinin çempionlar liqasına vəsiqə qazana bilmədiyi müəyyənləşdikdən sonra baş verib.

Şerki “Lion”un yetirməsidir. O, cari mövsüm ərzində meydana çıxdığı 44 oyunda 12 qol və 20 məhsuldar ötürmə müəllifi olub.

Həmin kateqoriyadan