- Baxış sayı: 21
- 24 Avqust 2026 10:00

- Baxış sayı: 300
- Avqust 20, 2026
- 0


Azərbaycan millisinin liberosu Bəyaz Quluyeva AVRO-2026-nın “C” qrupunda İspaniya üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, voleybolçu komandanın ilk oyundakı səhvlər üzərində çalışdığını bildirib:
“Təbrikləriniz üçün təşəkkür edirəm. Əlbəttə ki, bu qələbəni qazanmaq çox xoş hissdir. Oyunun daha gərgin və çətin mübarizədə keçəcəyini gözləyirdik. İspaniya dünənki oyunda rəqibinə kifayət qədər ciddi müqavimət göstərmişdi. Lakin biz də ilk oyundakı səhvlərimiz üzərində çalışdıq və bu gün daha yaxşı çıxış etdik, inamlı qələbə qazandıq.
Bu qələbəni bizi həm arenada canlı dəstəkləyən, həm də televiziya vasitəsilə izləyən bütün azarkeşlərimizə həsr edirik”.