İtaliyada çıxış edəcək

İtaliyada çıxış edəcək

İtaliyanın “Atalanta” klubu Almaniyanın “Leyptsiq” komandasının yarımmüdafiəçisi Elif Elması icarə əsasında heyətinə cəlb edib.

Allsport.az xəbər verir ki, Şimali Makedoniya yığmasının 26 yaşlı futbolçusu Berqamo təmsilçisi tərəfindən sonradan satınalma şərti ilə icarəyə götürülüb.

Karyerasına vətənində “Rabotniçki” klubunda başlayan yarımmüdafiəçi daha sonra Türkiyənin “Fənərbağça” və İtaliyanın “Napoli” komandalarında çıxış edib. O, Neapol təmsilçisinin heyətində İtaliya çempionluğu daxil olmaqla bir neçə titul qazanıb. E.Elmas 2024-cü ilin yanvarında “Leypsiq”ə keçib və ötən mövsümü icarə əsasında “Napoli”də keçirərək 44 matçda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, 2017-ci ilin iyununda Şimali Makedoniya millisində debüt edən futbolçu yığmanın heyətində keçirdiyi 79 oyunda 13 qol vurub.

Həmin kateqoriyadan