- Baxış sayı: 13
- 24 Avqust 2026 11:14

- Baxış sayı: 300
- Avqust 20, 2026
- 0


“Olimpiakos”un hücumçusu Mehdi Taremi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Əl-Vəsl” iranlı futbolçunu transfer edib.
Ərəblər Taremi üçün Yunanıstan klubuna 400 min avro təzminat ödəyiblər. 34 yaşlı forvard “Əl-Vəsl”lə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
“Olimpiakos” Mehdi Taremini 2025-ci ilin yayında “İnter”dən 2 milyon avroya transfer etmişdi. İran millisinin üzvü Pirey təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 16 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.