“Çelsi”də yeni müqavilə

“Çelsi”də yeni müqavilə

İngiltərənin “Çelsi” klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb.

Allsport.az xəbər verir ki, “Brayton”dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ilin iyul ayından London klubunda çıxış edir.

Pedro ötən mövsüm bütün turnirlərdə 20 qola imza ataraq azarkeşlər tərəfindən komandada mövsümün ən yaxşı futbolçusu seçilib.

Həmin kateqoriyadan