Çempionlar liqasında “Leypsiq” – “Real” oyununda Azərbaycana qarşı təxribat

Dünən çempionlar liqasının “F” qrupunda keçirilən “Leypsiq” (Almaniya) – “Real” (İspaniya) oyununda Azərbaycana qarşı təxribata yol verilib. Allsport.az saytı xəbər verir ki, tribunalardan birində (böyük ehtimalla meydan sahiblərinin əyləşdiyi sektor) Qarabağda yerləşmiş separatçıların qondarma “bayrağı” asılıb.

Onun tribunaya necə keçirildiyi və asıldığı bilinmir. Çox güman, 44-günlük 2-ci Vətən savaşında aldığı zərbədən hələ də ağıllanmayan soysuzlar, əski parçasını yerli azarkeşlərin sıx olduğu bölgədən stadiona keçiriblər. Görüş 3:2 Almaniya klubunun qələbəsi ilə bitib.

FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib. Bu mənada, separatçıların bez parçasının çempionlar liqası kimi mötəbər yarışda görünməsi (tribunada olsa belə) qaydaların kobud şəkildə pozulmasıdır. Adətən, bu tipli təxribatlara görə, ən azı, matçın təşkilatçısı olan kluba xəbərdarlıq edilməklə, maddi cəza sanksiyası tətbiq edilir.

Həmin kateqoriyadan