“Çempionlar liqasında oynamaq üçün”Qarabağ”a keçdim”

“Qarabağ”ın keçmiş futbolçusu Tariq Əlyunussi Norveç mətbuatına müsahibə verib. Allsport.az xəbər verir ki, hazırda Yaponiyanın “Şonan Bellimar” klubunda çıxış edən futbolçu 2017-ci ildə “Qarabağ”a keçidindən danışıb. 34 yaşlı hücumçu çempionlar liqasında oynamaq üçün Azərbaycan klubuna keçdiyi deyib:

“Çempionlar liqasında oynamaq istəyirdim, ona görə icarə əsasında “Qarabağ”a keçdim. Lakin tez zədələndim. Zədəmin ciddi olacağını düşünmürdüm. Bir müddət sonra ağrılar öz sözünü dedi. Tez sağalmağa çalışsam da, alınmadı. “Olimpiakos”a qayıtmaq məsələsi gündəmimdə deyildi. Ona görə də, seçimim İsveçin AİK klubu oldu”.

Tariq Əlyunussi 2017/2018 mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish