“Çempionlar liqasının himni dünyanın ən yaxşı şeyidir”

Allsport.az xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska çempionlar liqasında oynamağı çox sevdiyini etiraf edib. O deyib:

“Çempionlar liqasının himni dünyanın ən yaxşı şeyidir. Onu kifayət qədər dinlədiyinizi heç vaxt deyə bilməzsiniz. Bu himn hər dəfə insanı həyəcanlandırır. Uşaq vaxtı buna qulaq asanda həmişə meydanda dayanıb matç başlamazdan əvvəl azarkeşləri salamladığımı təsəvvür edirdim. Bu reallığa çevrilmiş xəyaldır. Çempionlar liqası unikaldır. Bu turniri digər yarışlarla müqayisə etmək olmaz”.

Həmin kateqoriyadan