“Çex futbolunu hər zaman digərlərindən fərqləndirmişəm”

“Qarabağ”ın çempionlar liqasının pley-off mərhələsinin ilk oyununda sabah Çex Respublikasının “Viktoriya” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu deyib: “Çempionlar liqasının qrupuna düşməyimiz üçün son sınağımızdır. Fərqli komandalara qarşı oynadıq. Bu komanda digərlərindən tam fərqlənir. Çex futbolunu hər zaman oyun intizamına görə digərlərindən fərqləndirmişəm.

Oyunlarına baxırıq, sevə-sevə verilən tapşırıqları yerinə yetirirlər. Atletik futbol öndədir. Fiziki göstəriciləri üstün olan futbolçuları var. Hər bir halda biz bu cür komandalara qarşı oynamışıq. Böyük ehtimalla bu oyunda daha çox güc sərfəli etməli olacağıq. Futbolçularım həm Bakıda, həm də Plzendə çox dözümlü olmalıdılar. İnanıram ki, bunu bacaracaqlar.

Çalışacağıq ki, son sınaqdan faydalı istifadə edək və azarkeşlərimizi yaxşı oyunla, mübarizə ilə sevindirək. Hiss olunur ki, oyuna maraq çox böyükdür. Vəzifəmiz azarkeşlərimizin inamını qoruyub saxlamaqdır. Futbolçularımla birlikdə daha möhkəm kollektiv olmağa çalışırıq. İnanıram ki, azarkeşlərimizi razı sala biləcəyik”.

Həmin kateqoriyadan