Ceyhun Sultanov: Kamran, mənə ölkədən gedəcəyini deyib

Milli komandanın və «Qəbələ» klubunun qapıçısı Kamran Ağayevin son zamanlar depresiyaya düşdüyü, buraxdığı qollarda və KİV-lə münasibətində açıq-aydın hiss olunur.

Allsport.az saytı xəbər verir ki, ona qarşı təzyiqin artması üzündən, futbolçu xilas yolunu ölkədən çıxıb getməkdə görür. Qolkiper bu niyyətini «Sumqayıt»ın baş menecerinə də deyib. Ceyhun Sultanov «Xəzər»TV-də yayımlanan «Futbol saatı»nda bildirib ki, «İnter»lə son oyunda baş verənlərlə əlaqədar, “Qəbələ”nin qapıçısı ilə əlaqə saxlayıb.

Kamran söz-söhbətlərdən yorulduğunu, ölkədə qalmağın mənasız olduğunu söyləyib: «Kamran Ağayevlə telefonda danışdım. Mənə dedi ki, Azərbaycandan getmək istəyirəm, artıq burda oynaya bilmərəm».

Həmin kateqoriyadan