Cihan Özqara 90 dəqiqə oynadı, komandası məğlub oldu

Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində ikinci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özqarının çıxış etdiyi “Sivasspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda 3-cü liqa klubu “Tuzlaspor”un qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu mövsüm Super Liqada oynamayan Özqara kubok matçında start heyətində yer alıb. Futbolçumuz 90 dəqiqə oynasa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, “Sivasspor” kubokda keçirdiyi hər iki oyunda uduzub.

Həmin kateqoriyadan