Çili mətbuatı “Qarabağ”dan, Dağlıq Qarabağ münaqişəsindən yazıb

Çilinin biobiochili.cl portalında Ağdamın “Qarabağ” klubu ilə bağlı məqalə dərc olunub. Allsport.az saytı xəbər verir ki, “Çempionlar liqası arzusu ilə yaşayan şəhəri olmayan komanda” sərlövhəli məqalədə klubun  bu yarışın qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası olması vurğulanıb.

Yazıda klubun bu mərhələyə yüksələnədək əldə etdiyi qələbələr diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı doğma şəhəri Ağdamdan qaçqın düşənlərdən biri də məhz “Qarabağ” komandasıdır. Komanda bu şəraitdə də xalqını və azarkeşlərini sevindirməkdə davam edir.

AzərTAc-ın məlumatına görə, məqalədə “Qarabağ”ın tarixi, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi diqqətə çatdırılıb.

Həmin kateqoriyadan