- Baxış sayı: 33
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 196
- Avqust 05, 2026
- 0

İngiltərə millisi və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun futbolçusu Ayvan Toniyə cinayət işi açılıb.
Allsport.az xəbər verir ki, 30 yaşlı hücumçu 2025-ci il dekabrın 6-da Londonun gecə klublarından birində baş verən insident zamanı bir nəfərə bədən xəsarəti yetirməkdə ittiham olunur.
İnsidentdən əvvəl zərərçəkən şəxs futbolçu ilə selfi çəkdirmək məqsədilə onun boynundan tutmağa çalışıb. Toni isə ona baş zərbəsi endirib.
Hadisədən sonra həmin şəxsə tibbi yardım göstərilib. London Polisi iyulun 31-də futbolçuya rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb. O, sentyabrın 24-də məhkəmə qarşısına çıxacaq.
Ayvan Toni 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində çıxış edib və Fransa ilə üçüncü yer uğrunda keçirilən, komandasının 6:4 hesablı qələbəsi ilə başa çatan görüşdə start heyətində yer alıb.