Çingiz Hüseynzadə: 30 il öncə respublika stadionunda qoyun otarırdılar

“Bulvar” mehmanxanasında AFFA-nın hesabat-seçki konfransı keçirilir. Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdi:

“Bu gün Azərbaycan idmanının ən möhtəşəm anlarındandır. Bu, son 16 ilin hesabatını bəzəyən bir konfransdır. Bir hadisəni sizlə bölüşmək istəyirəm. 30 il öncə prezident administrasiyasında çalışırdım. Bir canlanma yarandı:

Azərbaycan – İsrail oyunu olmalıydı. Amma bu ölkədə mümkün deyildi. Prezident Heydər Əliyev məndən soruşdu ki, niyə biz rəqibi qəbul edə bilmirik. Ona Tofiq Bəhramov adına respublika stadionunun durumunu göstərdim.

Xatırlayırsızsa, orada qoyun otarırdılar. Belədə, ümummilli lider qayıtdı, bəs Sumqayıtda necə? Orada sovet dövründə yaxşı stadion tikmişdik. Dedim ki, o da ürəkaçan vəziyyətdə deyil.

Bir müddət ev oyunlarını Trabzonda keçirməli olduq. İndi o dövrdən xeyli vaxt keçib. İndi yaxşı infrastrukturumuz var. İş gedən yerdə tənqid də olur. Bu da normaldır”.

Həmin kateqoriyadan