- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Marsel”inin futbolçusu Çingiz Ündər, konfrans liqasının 1/16 finalında “Qarabağ”la Bakıda cavab oyunu barədə danışıb. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı türkiyəli yarımmüdafiəçi Azərbaycana səyahətin uzun olduğunu bildirib:
“Yaxşı nəticə əldə etdik, qələbə hər kəs üçün vacib idi. Ümumilikdə təyyarədə 10 saat vaxt keçirdik. Amma fiziki cəhətdən yaxşı formadayıq. 1/8 final mərhələsindəki rəqibimiz – İsveçrə “Bazel”i yaxşı komandadır. Lakin bu matçlaradək liqada daha çox qələbə qazanmalı və özümüzə inanmalıyıq. Hədəfimiz konfrans liqasında mümkün qədər irəli getməkdir”.
Fransa klubu “köhlən atlar”a 3:1 və 3:0 qalib gələrək 1/8 finala adlayıb.