ÇL-də 1/4 finalın püşkü bu tarixdə atılacaq

Çempionlar liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Allsport.az xəbər verir ki, “Bavariya”, “Borussiya Dortmund” (hər ikisi – Almaniya), “Çelsi”,  “Liverpul”, “Mançester Siti” (hamısı İngiltərə), “Portu” (Portuqaliya), PSJ (Fransa) və “Real” (İspaniya) ən güclü 8 komanda sırasında mübarizə aparmaq hüququ qazanıb.

1/4 və yarımfinalın püşkatma mərasimi martın 19-u Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

1/4 finalın ilk oyunları 6/7 aprel, cavab görüşləri 13/14 apreldə keçiriləcək.

Həmin kateqoriyadan