ÇL: “Sabah” 1 qolla qalib gəldi

ÇL: “Sabah” 1 qolla qalib gəldi

“Sabah” bu gün UEFA çempionlar liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

Allsport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Finlandiya təmsilçisi “Kups”u qəbul edib.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Oyunun taleyini 1 qol həll edib. “Bayquşlar” Velko Simiçin 45+1-ci dəqiqədə vurduğu qolla minimalhesablı qələbə qazanıb. 

“Sabah” – “Kups” cütünün cavab görüşü iyulun 28-də Finlandiyada keçiriləcək.

Həmin kateqoriyadan