Corceviç: “Sumqayıt”a lazımi qiyməti verməliyik”

Konfrans liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan Serbiyanın “Çukariçki” klubunun  baş məşqçisi Duşan Corceviç püşkü dəyərləndirib. Allsport.az xəbər verir ki, o, Belqrad təmsilçisinin mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Azərbaycandan daha çox “Neftçi” və “Qarabağ” tanınır. “Sumqayıt”ı ətraflı araşdırmalı, onlara lazımi qiyməti verməliyik. Avropa arenasında asan rəqib yoxdu. Bunun fərqindəyik. Belə oyunlar xüsusi olur və çətinlikləri var. Serbiya klubları və milli komandasının Azərbaycan yığmasına və bu ölkənin klublarına qarşı oyunlar zamanı bəzən əziyyət çəkdiklərini bilirik. Ehtiyatlı olmalıyıq, lakin “Sumqayıt”ı çox yüksək qiymətləndirməməliyik”.

Həmin kateqoriyadan