FOTO
Ronaldinyunun oğlu ilə sevgilidir. Uşaqlıq dostları tezliklə Barselonaya köçəcəklər!

“Barselona”nın Ronaldinyunun oğlu ilə müqavilə bağlayacağını eşitmisiniz? Bəli, bu xəbəri Xoan Laporta da təsdiqləyib: “Ronaldinyu dastanının davam edəcəyi ilə fəxr edirik. Onun oğlu Joao bizimlə müqavilə imzalayacaq, o yaxşıdır”.

Allsport.az saytı xəbər verir ki, Joao Mendeşin 17 yaşı var (fevralın 22-də 18 yaşı tamam olub), lakin o, artıq kifayət qədər yetkin kişidir. Ən azından şəxsi həyatı var. Beləliklə, Covanna Vieyra ilə tanış olun – Ronaldinyonun oğlunun sevgilisi!

Gözəlçənin nə vaxt doğulduğu dəqiq bilinmir, lakin onun 20 yaşdan yuxarı olması, onun Joaodan ən azı, 4 yaş böyük olması deməkdir. Qızcığaz kompüter dizayneridir. Onun da öz biznesi var: o, Rio de Janeyroda “Gurume” restoranının həmtəsisçisidir. Başqa bir fakt: onun İnstaqramına demək olar ki, 100 min istifadəçi abunədir – xəstə deyil.

Təbii ki, Covanna da futbolu sevir, braziliyalı axı! Qız hətta Joao ilə Qətərə yollanıb, lakin Braziliya millisinin çıxışı onu çətin ki heyran edib. Yeri gəlmişkən, cütlük necə tanış oldular? Onlar bir-birlərini çoxdan tanıyırlar, çoxdan dost idilər, lakin 2022-ci ildə “Barselona”nın gələcək oyunçuları nəhayət dostluq zonasından çıxıblar!

Həmin kateqoriyadan