“Çox istərdik ki, yaxşı oyunla növbəti mərhələyə keçək”

“Biz bilirik ki, yaxşı komanda ilə oynamağa gəlmişik. Xoş niyyətimiz var. Oyuna yaxşı hazırlaşmışıq. Çox istərdik ki, yaxşı oyunla növbəti mərhələyə keçək”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın futbolçusu Abdullah Zubir konfrans liqasının pley-ofunda “Marsel”ə qarşı Fransada ilk oyunundan öncə mətbuat konfransında deyib.

Fransalı yarımmüdafiəçi ölkəsində oynayacağından məmnun olduğunu bildirib: “Üç ildən sonra yenidən Fransada oynayacağım üçün məmnunam. “Marsel” xüsusi klubdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Sabah gecə “Velodrom” stadionunda görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan