“Çox pis günlər yaşayırıq”

Allsport.az xəbər verir ki, “Barselona” çempionlar liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Şaxtyor”a 0:1 hesabı ilə məğlub olub. Komandanın baş məşqçisi Xavi Hernandes oyun barəsində öz fikirlərini bölüşüb:

“Çempionlar liqası yüksək səviyyəli oyun tələb edir, amma bu gün biz yaxşı oynamadıq. İkinci hissədə biz daha istəkli idik, amma heç nə plana uyğun getmədi. Məyusam, çünki mümkün olduğu qədər tez növbəti mərhələyə vəsiqə qazanmağı təmin etmək istəyirdik. Bu, geriyə addımdır.

Çox pis günlər yaşayırıq. Bunu qəbul etməli və özümüzə qarşı tənqidi yanaşmalıyıq. Oyunçuları geri qaytarmalı, onlara özlərinə güvənmək imkanı yaratmalıyam. Oyun və hücum etməyi nöqteyi nəzərdən çox pis oynadıq. İki ilin ən bərbad oyununu oynadıq. Özü də ən vacib məqamda”.

Həmin kateqoriyadan