“Çox səhv etdik”

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç çempionlar liqasının 1/4 finalında “Atletik”ə uduzduqları matçda (1:2) komandasının çıxışını dəyərləndirib.

Allsport.az xəbər verir ki, o, oyundan narazı qaldığını bildirib:

“Hər şey açıq qalır. İlk 30 dəqiqə kifayət qədər yaxşı olmadı. Çox vaxt bu səviyyədə çoxlu səhvlər etsəniz, hər şey bitər. Amma biz bunu qəbul etmədik və yenə də nəyə qadir olduğumuzu göstərə bildik.

Çox səhv etdik, amma mənim üçün önəmli olan göstərdiyimiz reaksiyadır. Axı, heç-heçə layiqsiz olmazdı. İndi 6 gündən sonra nə olacağını gözləyirik. Bu gün biz onların nə istədiklərini hiss etdik və indi evdə nə etməli olduğumuzu bilirik”.

Həmin kateqoriyadan