“Çox yaxşı müdafiə olunurlar”

Sabah “Qarabağ” Avropa liqasının 3-cü təsnifatının ilk oyununda evdə Finlandiyanın “Helsinki” klubunu qəbul edəcək.

Allsport.az saytı xəbər verir ki, bu gün “Azərsun arena”da keçirilən mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov fikirini belə açıqlayıb:

“Bilirik ki, bizim üçün çox önəmli oyundur. Futbolçuların vəziyyəti yaxşıdır. Hamımız ciddi formada qarşılaşmaya hazırlaşırıq.

Çalışacağıq ki, sabah meydanda ən yaxşısını edək. Bu komandanın təhlükəli və sürətli oyunçuları var.

İndi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Amma çox yaxşı müdafiə olunurlar”.

10 avqustda görüş Tofiq Bəhramov adına respublika stadionu saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan