“Çukariçki” – “Sumqayıt” matçının vaxtı dəyişdirildi

“Sumqayıt”ın konfrans liqasındakı “Çukariçki” ilə ilk oyunun vaxtında dəyişiklik edilib. Allsport.az xəbər verir ki, ilk matç iyulun 21-nə keçirilib.

Buna səbəb həmin gün Serbiyanın digər klubu “Partizan”ın da konfrans liqasında Slovakiyanın “Dunayska Streda” komandası ilə ev oyununa çıxmasıdır.

Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtdakı “Kapital Bank Arena”da olacaq.

Həmin kateqoriyadan