- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi”nin Topaz premyer liqasında ev oyunlarında yenilməzlik zolağı qırılıb. Allsport.az saytı xəbər verir ki, bu, 18-ci turun “Səbail”lə görüşünə təsadüf edib. 1:2 hesabı ilə uduzan “ağ-qaralar” mövsümdə ilk dəfə öz meydanından xalsız ayrılıb.
Bunadək “Neftçi”nin çempionatdakı son ev məğlubiyyəti 2017-ci il noyabrın 19-na təsadüf etmişdi. Həmin gün “Qəbələ”yə 2:3 hesabı ilə uduzan “ağ-qaralar” 462 gündən sonra məğlubiyyətlə üzləşib.
Ötən mövsüm 9, cari çempionatda 8 görüşdə uduzmayan komandanın 17 matçlıq seriyası qırılıb. Bu müddətdə paytaxt təmsilçisi 12 qələbə qazanıb, 5 heç-heçə edib.