- Baxış sayı: 58
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası “Dənizlispor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Antalyaspor”la qarşılaşıb. Oyun dənizlilərin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Baş məşqçi tərəfindən əvəzedici komandaya göndərilən Rail bu görüşdə forma geyməyib.
Qeyd edək ki, “Dənizlispor” hazırda 11 xalla 12-ci sırada qərarlaşıb.