“D” kateqoriyalı məşqçi kurslarına start 

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə “D” kateqoriyalı məşqçi kurslarına start verilib. Allsport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən kursa 30-a yaxın iştirakçı cəlb olunub. 

AFFA-nın məşqçilik kurslarının təlimatçıları Osman Rəhimov və Fərid Namazov tərəfindən keçirilən kursun ilk günündə iştirakçılara kütləvi futbolda prioritetlər, ən effektiv öyrətmə üsulları, kütləvi futbol məşqçilərinin profili və sahib olmalı olduqları bacarıqlar barədə müvafiq məlumatlar verilib, onlarla müxtəlif diskussiyalar aparılıb.

Kursun ikinci günü dəsrlər nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib. İştirakçılar meydançada müxtəlif məşq proqramları nümayiş etdiriblər. Ümumilikdə 3 günü əhatə edəcək “D” kateqoriyalı məşqçi kurslarına 25 fevral tarixində yekun vurulacaq.

Həmin kateqoriyadan