- Baxış sayı: 9
- 25 İyun 2026 04:03
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 6-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun yeni komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Optik Ratenov”u qəbul edib. Matç futbolçumuzun komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb və 3-cü dəqiqədə hesabı açıb.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 16-cı pillədə yer alıb.