- Baxış sayı: 16
- 22 İyul 2026 23:35
- Baxış sayı: 107
- İyul 22, 2026
- 0

“Mançester Siti” yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, İngiltərə millisinin üzvü ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə bağlanıb.
Razılaşmada daha bir mövsümlük uzatma bəndi də yer alıb.
“Mançester Siti” akademiyasının yetirməsi olan Fil Foden əsas komandada indiyədək 353 oyunda 120 qol vurub və 74 məhsuldar ötürmə edib. O, klubun heyətində 6 dəfə Premyer liqa, 2 dəfə İngiltərə kuboku, 4 dəfə İngiltərə liqa kuboku, 2 dəfə İngiltərə superkuboku, 1 dəfə UEFA çempionlar liqası, 1 dəfə UEFA superkuboku və 1 dəfə klublararası dünya çempionatının qalibi olub.