Daha 5 il “İnter”də

Daha 5 il “İnter”də

İtaliyanın “İnter” klubu müdafiəçisi Yann Bisseklə yeni müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, Milan təmsilçisi almaniyalı futbolçu ilə anlaşmanın müddətini 2031-ci ilin yayına qədər uzatdığını açıqlayıb.

Bissek 2023-cü ildən “neradzurri”nin formasını geyinir. O, bu müddət ərzində “İnter”lə 2023/24 və 2025/26 mövsümlərində İtaliya çempionluğunu qazanıb. Həmçinin İtaliya kuboku və Superkubokunun qalibi olub.

25 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 36 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan