- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiolun müqaviləsinin müddətini uzadıb.
Allsport.az xəbər verir ki, yeni razılaşmaya əsasən, Xorvatiya millisinin üzvü 2031-ci ilin yayına qədər “şəhərlilər”in formasını geyinəcək.
Yoşko Qvardiol 2023-cü ilin avqustunda Almaniyanın “Leyptsiq” klubundan 90 milyon avro transfer haqqı qarşılığında “Mançester Siti”yə keçib. Xorvatiyalı müdafiəçi İngiltərə təmsilçisi ilə indiyədək 1 Premyer liqa, 1 UEFA superkuboku, 1 FİFA klublararası dünya çempionatı, 1 İngiltərə kuboku və 1 İngiltərə superkuboku qazanıb.