“Daha yaxşı olmaq üçün hər gün çalışırıq”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “A” seriyasında “Fiorentina” üzərində qələbəni (1:0) şərh edib.

Allsport.az xəbər verir ki, o, komandasını tərifləyib:

“Daha yaxşı olmaq üçün hər gün çalışırıq. Psixoloji məqamlar da var, axı biz uzun müddətdir ki, “A” seriyasını qazanmırıq.

İlk hissədə heç nə bizə təhdid etmirdi. 3 qolumuz santimetrdən kənar vəziyyətə görə ləğv olundu, ikinci hissədə də qol imkanları yaratdıq.

Bəli, texniki səhvdən sonra matçın sonunda qol buraxmaq riskinə düşdük, amma mən heç nəyə görə uşaqları qınamazdım. Onlar yaxşı mövsüm keçirirlər və biz mümkün qədər çox xal qazanmaq üçün hər şeyi edirik”.

Həmin kateqoriyadan