- Baxış sayı: 56
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çempionlar liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – TNS oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.
Allsport.az saytı xəbər verir ki, “bayquşlar”ın oyun öncəsi mətbuat konfransı iyulun 6-da, saat 17:15-də Şüvəlanda yerləşən ağır atletika akademiyasının zalında baş tutacaq. Təmsilçimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:30-da “Sabah” futbol mərkəzində keçiriləcək.
TNS-in oyun öncəsi mətbuat konfransı iyulun 6-da saat 19:15-də, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:00-da, “Bank respublika arena”da baş tutacaq.
“Sabah” – TNS oyunu iyulun 7-də, saat 20:00-da həmin stadionda baş tutacaq.