Danışılmış oyunlarla bağlı görüş

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, görüşdə UEFA nümayəndələri Qraham Piker və Massimilano Miçenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın hakimlər komitəsinin əməkdaşları, Azərbaycan premyer liqası və 1-ci divizionda çıxış edən klubların nümayəndələri iştirak ediblər.

UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıb, FİFA və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

Həmin kateqoriyadan