Daun sindromlu uşaqlar üçün futbol festivalı

AFFA-nın təşkilatçılığı, Qətər dövlətinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə daun sindromlu şəxslərin reabilitasiya mərkəzində bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün futbol festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirə 60-a yaxın uşaq cəlb olunub. Onlar Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və veteran futbolçu Cavid Hüseynovla birlikdə futbol oynayıblar, müxtəlif futbol elementləri nümayiş etdiriblər.

Tədbirdə AFFA-nın icraiyyə komitəsinin üzvü Könül Mehdiyeva, Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hinzab, baş katibin müavini Sərxan Hacıyev, kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılovla yanaşı mərkəzin direktoru Natella Həsənova da iştirak edib.

Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan