- Baxış sayı: 34
- 21 İyul 2026 11:12
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

UEFA prezidenti Aleksander Çeferinin DÇ-2026-nın finalında iştirak etməməsinin səbəbi bəlli olub.
Allsport.az xəbər verir ki, o, ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğv edilməsinə görə mundialın finalını izləməyib.
Baloqun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı keçirilən oyundan (1:4) əvvəl cəzadan azad edilib. İddialara görə, ABŞ prezidenti Donald Tramp bu qərarın dəyişdirilməsi üçün FİFA prezidenti Canni İnfantinoya şəxsən müraciət edib.
Çeferinlə İnfantinonun münasibətləri uzun müddətdir gərgin vəziyyətdədir və Baloqunla bağlı qərar son damla olub.
UEFA rəhbərinin daha əvvəl FİFA-nın dünya çempionatında iştirakçı sayını artırmaq siyasətindən, turnir zamanı qiymət siyasətindən və ABŞ hökumətinin somalili hakim Ömər Artanın ölkəyə girişinə icazə verməməsindən narazı qaldığı da iddia olunur.
DÇ-2026-nın finalında İspaniya Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Görüş ABŞ-ın İst-Ratford şəhərindəki “MetLayf” stadionunda keçirilib. Matçın baş hakimi sloveniyalı Slavko Vinçiç olub.