DÇ-2027 Braziliyada

2027-ci ildə qadınlar arasında dünya çempionatı Braziliyada keçiriləcək.

Allsport.az xəbər verir ki, bu barədə Banqkokda keçirilən FİFA konqresində qərar verilib.

Turnirə Belçika, Niderland və Almaniya da müraciət edib. Meksika və ABŞ aprelin sonunda birgə ərizələrini geri götürüblər.

2023-cü ildə qadınlar arasında dünya çempionatı Avstraliya və Yeni Zelandiyada keçirilib və İspaniya millisi qızıl medal qazanıb.

Həmin kateqoriyadan