De Byazi və Maksim kimlərə səs verdilər?

Millinin baş məşqçisi Canni de Byazinin FİFA-nın “The Best” mükafatı üçün keçirdiyi sorğuda kimlərə səs verdiyi məlum olub. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiya üzrə ilk səsini “Bavariya”nın oyunçusu Robert Levandovskiyə verib.

66 yaşlı baş məşqçi İngiltərənin “Çelsi”də çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyunu 2-ci, “Liverpul”dan misirli hücumçu  Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.

Yığmanın və “Qarabağ”ın kapitanı Maksim Medvedev isə PSJ-nin oyunçusu Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini 2-ci, İngiltərənin “Çelsi”nin fransalı yarımmüdafiəçisi N““Qolo Kanteni isə 3-cü sırada göstərib.

Robert Levandovski FİFA-nın versiyasına əsasən ardıcıl 2-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

Həmin kateqoriyadan