Dennis Prat: “2-ci hissədə risk etməmək qərarına gəldik”

“”Qarabağ” yaxşı komandadır. Ancaq mən heç vaxt uğur qazanacağımıza şübhə etmirdim. Hətta hesabda geri düşsək belə, qalib gələcəyimizə inanırdım”. Allsport.az saytı xəbər verir ki, bu sözü Belçika mətbuatına “Anderlext”in yarımmüdafiəçisi Dennis Prat deyib. O, fasilədən sonra müdafiəyə daha çox diqqət yetirdiklərini bildirib:

“Rəqibin vurduğu qol bizi şoka saldı. Ancaq cavabımız çox yaxşı alındı. 5 dəqiqəyə 2 qol vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirdik. Fasilədə “Tottenhem”in Monako”nu 3:0 hesabı ilə məğlub etdiyini öyrəndik. Ona görə də ikinci hissədə risk etməmək qərarına gəldik və müdafiədə diqqətli oynamağa çalışdıq. “Anderlext”in hər zamankı hədəfi Avropada uğurlu çıxış etmək olub. Buna nail olduğumuz üçün şadam”.

Qeyd edək ki, evdə evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gələn “Anderlext” qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

Həmin kateqoriyadan