- Baxış sayı: 26
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Türkiyə superliqasının XIV turunda “Fənərbağça” və “Qalatasaray” arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
Allsport.az xəbər verir ki, İstanbul derbisi Yasin Kola həvalə edilib.
Ona Abdullah Bora Özqara ilə Bəxtiyar Birinci kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Əli İlmaz yerinə yetirəcək.
Dekabrın 1-də baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.